Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Ruslan Qurbanovun Xorvatiyanın “Hayduk” klubuna transferi ötən həftə rəsmiləşdi. Futbolinfo.az xəbər verir ki, Qurbanov xorvat klubunda icarə əsasında çıxış edəcək.
 
“Hayduk” Ruslanla 4 aylıq müqavilə imzalayıb. Maraqlıdı ki, bu müddət ərzində xorvat klubu Ruslana maaş ödəməyəcək. Bunu saytımıza açıqlamasında “Hayduk”un idman direktoru Qoran Vuçeviç deyib: 
“Bildiyiniz kimi, biz Ruslan Qurbanovu mövsümün sonuna qədər icaərəyə götürmüşük. Özünü yaxşı tərəfdən göstərsə, ola bilsin ki, mövsümün sonunda Ruslanın transfer məsələsini yenidən düşünək. Qurbanov Avropda çıxış etmək istəyir. Müqavilə ilə məxsus olduğu klubu da bunun tərəfdarıdı. Buna görə də biz futbolçunuza maaş ödəməyəcəyik. Onun maaşını “Neftçi” verəcək”.
Shares: