Futzal üzrə 2-ci liqanın 24-cu turu çərçivəsində baş tutan “Batmen Montin” – “Bolluq” matçında nizamnamə pozuntusu qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, qonaq komandanın heyətində qapıçı kimi çıxış edən Davud Kərimi ilə bağlıdı
Belə ki, Kəriminin adı 03.03.2015-ci il tarixində iştirak ərizəsinə daxil edilsə də, o, başqa ad ilə buna qədər Yüksək Liqada "Qarabağ veteranları" komandasının heyətində 2-ci dövrə oyunlarında meydana çıxmışdı. 
Bu barədə saytımıza “Batmen Montin” komandasının rəsmisi Tofiq Şahmuradov məlumat verib. O, bildirib ki, yarışların keçirilməsi haqqında FİFA və UEFA tərəfindən hazırlanan nizamnamənin müvafiq bəndlərinin pozulduğuna dair əlində kifayət qədər fakt var. Şahmuradov “Bolluq” komandasına texniki məğlubiyyətin verilməsi ilə yanaşı, bu saxtakarlığa yol verərək adı iştirak ərizəsində olmadığı və peşəkar müqaviləsi olduğu halda başqa adla meydana çıxdığı üçün həmin komandaların və rəhbərliklərinin sərt şəkildə cəzalandırılmalarını tələb edir. Şahmuradov məsələ ilə bağlı AFFA-ya da rəsmi müraciət ünvanladıqlarını bildirdi.
Shares: