Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi “Ayntraxt” klubu yoldaşlıq oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, frankfurtlular Verbandsliqa təmsilçisi “Darmştadt”la güclərini sınayıblar. 
Aşağı liqa təmsilçisi ilə oyun “Ayntraxt”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçular, həmçinin Balayev də start heyətdə meydana çıxıb.
Qeyd edək ki, "Ayntraxt" hazırda Almaniya Bundesliqasında 36 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp