İtaliya çempionatının elitası sayılan A Seriyasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, güclülər dəstəsinə ilk vəsiqəni "Karpi" klubu təmin edib. 
"Qırmızı-ağlar" bu uğura sona 4 tur qalmış imza atıb. 38-ci turun oyununda "Bari" ilə qolsuz bərabərliyə razılaşan Karpi təmsilçisi хal sayını 75-ə yüksəldib və 3-cü pillədəki "Boloniya" ilə xərqi 12-yə çatdırıb. "Karpi" son 4 turda uduzsa belə rəqibləri üçün əlçatmaz olacaq. Bununla da, Karpi şəhəri təmsilçsi 93 ildən sonra A Seriyasına çıхıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp