Bu gün Topaz Premyer Liqasında 32-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "İnter" səfərdə "Simurq"u 3:2 hesabı ilə məğlub edib.
Zaqatala şəhər stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi George Çixradze məğlubiyyəti belə şərh edib:
“Oyun barədə danışmaq mənim üçün çox çətindi. Start fitindən sonra yaranmış vəziyyət artıq komandanın durumundan xəbər verir. Mənim üçün danışmaq ağırdı. Rəqib oyuna daha yaxşı köklənmişdi və bunun nəticəsidi ki, vacib qələbə qazandılar. Hazırkı vəziyyətdə biz gələcəyin necə olacağını bilmirik. Hələ ki, yolumuza davam edirik”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp