Bu gün Topaz Premyer Liqasında 32-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "İnter" səfərdə "Simurq"u 3:2 hesabı ilə məğlub edib.
Zaqatala şəhər stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze qalibiyyəti belə şərh edib:
“İlk hissədə çox dinamik oyunun şahidi olduq. Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri olurdu. Bəzi epizodlarda müdafiəçilər səhvlər etdilər. Amma Səlahət Ağayev əla oyun sərgilədi. Oyundan tam razı deyiləm. Amma 3 xal qazanıb, ehtiyatımızı zənginləşdirdik. Son zamanlar hər iki komandada problem var. Bir müddətdi ki, maaş almayan oyunçuların sərgilədiyi futbol isə alqışalayiqdi. Ümid edirəm ki, vəziyyət düzələcək”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp