"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Kössen qəsəbəsində məskunlaşan komanda bugünkü çalışması yerli vaxtla 19:00-da (Azərbaycan vaxtıyla 22:00) baş tutdu.
Daha öncədən qeyd etdiyimiz kimi hazırda Avsriya-Almaniya sərhədində yağışlı hava şəraiti hökm sürür. Belə də komanda səhər yenə də fitnes zalında məşqlə kifayətlənib.
Bu arada legionerlər də düşərgəyə qoşulmaqda davam edir. Dünən Riçard Almeyda və Reynaldo komandaya qoşulmuşdusa bugün yay "pəncərə"sindəki ilk əcnəbi transfer Alharbi Jadeyaoui də səhər saatlarından “Qarabağ”ın düşərgəsindədi.
Axşam çalışmasında əlcəzair əsilli fransız da iştirak etdi. 90 dəqiqəyə yaxın davam edən çalışma daha çox fiziki yüklənməyə əsaslanmışdı.
Qeyd edək ki, “Qarabağ”ın sabah da 2 məşqi nəzərdə tutulub.
(Klub saytı)