Bu gün Topaz Premyer Liqasında 3-cü turun növbəti qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə AZAL-ı 2:0 hesabı ilə məğlub edib.
"Dalğa Arena"dakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qalibiyyəti belə şərh edib: 
“Bizim üçün hər bir qələbə vacibdi. Çempionatın startında hər bir komanda istəkli olur. Bu gün rəqib bizə çətin anlar yaşatdı. Düşünürəm ki, xeyli dəyişikliklərin fonunda səhvlərimiz çox idi. Bu səhvləri aradan qaldırmaq mümkündü. Gün-gündən sayı çoxalan azarkeşlərimizə təşəkkür edirəm". 
Təcrübəli mütəxəssis heyətdəki yeni futbolçulardan da danışıb: "Mənə elə gəlir ki, heç bir oyunçu üçün getdiyi komandada tez bir zamanda özünü yaxşı tərəfdən göstərmək asan deyil. Sadəcə, deyim ki, yeni oyunçular çox istəklidirlər. Hesab edirəm ki, futbolçular faydalı olacaqlar”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp