Bu gün Topaz Premyer Liqasında 3-cü turun növbəti qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə AZAL-ı 2:0 hesabı ilə məğlub edib.
"Dalğa Arena"dakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib: 
“Qarabağ” komandasını qələbə münasibəti ilə təbrik edir, onlara Avropa Liqasında uğurlar arzu edirəm. Biz bu gün məğlub olduq. Komanda uduzursa, burada günahkar məşqçidi. Komandamızın potensialı olsa da, problemlərimiz çoxdu. Həmin problemi yoluna qoymalıyıq. Futbol  aqressiv oyundu. Hakimlik barədə danışmaq istəmirəm. Amma açığını deyim ki, bundan sonra susmayacağam. Hazırda klubumuz ağır günlərini yaşayır. Hakimlərin belə vəziyyətdə etdiyi səhvlərə dözə bilmirəm. Mənim heç bir şəxslə prinsipim yoxdu. Sadəcə, ədalət tərəfdarıyam”. 
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp