“Neftçi”nin yarımmüdafiəçisi Kaue da Silva Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Sumqayıt” üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra KİV təmsilçilərinin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu ilk 45 dəqiqədə qol vura bilməmələrinin səbəbini sürət çatışmamamzlığı ilə əlaqələndirib.
– Qarşılaşma barədə fikirlərini bilmək istəyərdik…
– İki əks-hücum nəticəsində qol vura bildik. Fərqlənmək üçün kifayət qədər imkanlarımız oldu. Daha çox qol vura bilərdik. Ancaq bunu edə bilmədik. Düşünürəm ki, maraqlı oyun alındı. 
– İlk yarıda komanda dişsiz görünürdü. Bu rəqibin gücündən irəli gəlirdi, yoxsa havanın isti olmasından?
– Qol imkanlarından istifadə edə bilsəydik, oyun fərqli ola bilərdi. Razıyam ki, ilk yarıda sürət çatışmırdı. 
– Millin komandalara görə çempionatda 20 günlük fasilə yaranacaq. Bu, "Neftçi”nin xeyirinədi, yoxsa əleyhinə?
– Bu, şəxsən mənim xoşuma gəlmir. Çünki yeni-yeni oyunumuzun ritmini bərpa edirdik. Qələbədən sonra oynamaq ruh yüksəkliyi gətirir. Oynasaydıq, daha yaxşı olardı
 
– Ümumiyyətlə, Azərbaycandan əvvəl çıxış etdiyin ölkələrdə analoji vəziyyətlə rastlaşmısan?
– Milli komandaya görə fasilə olmuşdu. Amma 20 gün deyildi. 
– Yeni transferləriniz barədə nə deyə bilərsən?
– Hücumçunu tanımıram. Yaxşı hücumçu olsa, komandaya kömək edə biləcək. Komandaya kömək lazımdı. Qapıçını da məşqdə görmüşəm. Təcrübəli qolkiperdi.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp