Futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunun 2015/2016-cı illər mövsümünün püşkatmasının vaxtı müəyyənləşib. Mərasim sentyabrın 1-i, saat 12:00-a təyin edilibsə, deməli, artıq iştirakçılar da bəllidi.
Futbolinfo.az yeni mövsümdə kimlərin yarışacağını dəqiqləşdirmək üçün həm Peşəkar Futbol Liqasından dolğun məlumat ala bilmədi. Qurumdan hələ siyahının dəqiqləşmədiyini bildirdilər.
Bununla belə, özümüz tam siyahını əldə edə bildik. Bizdə olan məlumata görə, yeni mövsümdən I divizionda 14 komanda yarışacaq:
"Şərur"
"Zaqatala"
"Neftçala"
"Ağsu"
"Qaradağ Lökbatan"
"Turan Tovuz"
"Şahdağ"
"Bakı"
"Bakılı"
"Şəmkir"
"MOİK"
"Mil-Muğan"
"Energetik"
"Göyəzən"
Ötən mövsümün gedişində dağılan “Lokomotiv”in ardınca “Şuşa Qarabağ” da tarixin yaddaşına köçüb. Elitaya yüksələn “Kəpəz”, “Zirə” və “Rəvan”ı isə Premyer Liqanı tərk edən “Bakı”, “Simurq”un varisi olacaq “Zaqatala”, eləcə də yeni yaradılnan “Şərur” əvəz edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp