Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Namiq Ələsgərov yaşıl meydançalara dönür.
Uzun müddətdir ki, zədədən əziyyət çəkən hücumameyilli yarımmüdafiəçi son durumu ilə bağlı futbolinfo.az saytına danışıb: “Hazırda bərpa prosesinin son mərhələsindəyəm. Həkim nəzarətində məşq edirəm və demək olar ki, bütün mərhələləri yerinə yetirirəm. Çox güman ki, 1 aydan sonra oynamağa tam hazır olacağam. Çox geri düşdüyümü bilirəm. Amma eyni zamanda dərk edirəm ki, idmançı həyatında zədələr qaçılmazdı. Əvvəlki formama qayıtmaq üçün çox çalışmalı olduğumu dərk edirəm”.
Qeyd edək ki, “Bakı”dan “Qarabağ”a transfer olunan futbolçu Ağdam təmsilçisinin əsas heyətində möhkəmlənməyə başlamışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp