Avropa Liqasında “Qəbələ”nin rəqibi olan Yunanıstanın PAOK transfer etdiyi ulduz futbolçusu Dimitar Berbatovla maraqlı şərtlər altında müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, klubu ölkə çempionu olarsa, bolqarıstanlı forvard maaşından əlavə 200 min avro alacaq. 
PAOK Avropa Liqasında qrupdan çıxarsa, Berbatov əlavə 50 min avro mükafat qazanacaq. Ulduz hücumçu ardıcıl 10 oyunda (Avroliqa da daxil olmaqla) qol vursa, 50 min avro da irəli düşəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp