Topaz Premyer Liqasının 6-cı turunda öz meydanında “Kəpəz”lə qarşılaşacaq “İnter” çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “bankirlər” Gəncə təmsilçisi görüşə “İnter Arena”da hazırlaşır. 
Heyətdə itkilər var. Belə ki, Rauf Əliyev, Laşa Kasradze və İvan Benitez zədə səbəbindən 2-3 həftə meydana çıxa bilməyəcəklər. Əzələsi dartılan qapıçı Səlahət Ağayev isə artıq sağalıb və məşqlərə başlayıb. Komandada cəzalı futbolçu yoxdu.
Qeyd edək ki, sözügedən matç sentyabrın 25-də “İnter Arena”da keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp