Azərbaycan çempionatının I Divizionunda çıxış edən “Bakı” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi növbəti turda MOIK-lə qarşılaşacaq. “Zolaqlılar” gündəlik məşqlərlə qarşıdakı görüşə hazırlaşır. 
Komandanın növbəti məşqi bu gün baş tutub. Saat 11:10-da başlayan hazırlıq prosesi yüngül qaçış və isinmə hərəkətləriylə start götürüb. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən futbolçular, daha sonra baş məşqçi Novruz Əzimovun tapşırığına əsasən ötürmə və komanda hərəkətlərinə yönəlik məşqlər üzərində şalışıb. Diqqətçəkən məqam odur ki, baş məşqçi özü də son tapşırıqda komanda ilə birgə çalışıb. 
Qeyd edək ki, zədəsini müalicə etdirən Raul Yaqubzadə və Qeyrət Əliyev hazırlıqda iştirak etməyiblər. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp