“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində məğlub etdiyi “Yanq Boyz” klubunun sabiq baş məşqçisi Uli Forte yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, Bern klubundan istefa verməsindən danışıb:
“Mən kluba gələndə 7-ci pillədə idi. Həmin mövsümü 3-cü yerdə, növbətisini isə 2-ci yerdə bitirdik. Düzdü, son mövsümə yaxşı başlamadıq. Amma məğlub olmamışdıq. 3 oyuna 3 heç-heçə etmişdik. Çempionlar Liqasında “Monako” kimi güclü rəqibə uduzduq. Sonra Harri Qamperle mənim yerimə gəldi. O, qısa müddətdə çox şeyi dəyişə bilməzdi. “Qarabağ” da “Yanq Boyz”u Avropa Liqasının pley-off mərhələsində asanlıqla keçdi. Düzünü desək, Azərbaycan klubu çox güclü komanda idi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp