Almaniya Bundesliqasının 6-cı turu çərçivəsinə keçirilən “Bavariya”- “Volfsburq” qarşılaşması hələ uzun müddət yaddaşlardan silinməyəcək. Belə ki, həmin oyunda münhenlilər ilk hissədə hesabda geridə olsalar da, fasilədən sonra Robert Levandovski meydana daxil olaraq, 9 dəqiqə ərzində 5 dəfə “canavarlar”ın qapısına yol tapmışdı
Bu, az qala dünyanının hər yerində böyük əks-səda doğurmuşdu. Qarşılaşmadan sonra "cırtdan ölkə" San Marino Futbol Federasiyasının rəsmi “Twitter” hesabı maraqlı paylaşım edib. Belə ki, yazıda “Levandovski 9 dəqiqəyə daha çox qol vurub, nəinki bizim yığmamız tarixi ərzində”.
 
sss44 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp