Cari mövsümə uğursuz start verən komandaların sıralamasında birinci olmasa da, öncüllərdən olan “Sumqayıt”ın dərdi nədi? Bəlkə, əksər klublarımızda olduğu kimi, “Gənclik şəhəri” təmsilçisində də maaşlar yubanır? Bu barədə bir sıra mənbələr də bildirib. Amma klubun baş meneceri Ceyhun Sultanov futbolinfo.az saytına açıqlamasında informasiyanı təkzib etdi.
Klub funksioneri hətta sənədləri belə təqdim etməyə hazır olduğunu dilə gətirdi: “Klubun heç bir üzvünə borcu yoxdu. Bizdə maaşlar hər növbəti ayın 10-15-i aralığında verilir. Avqust ayının maaşları da vaxtında ödənilib. Hətta qəblzləri də təqdim edə bilərəm. Heç bir gecikmədən söhbət gedə bilməz”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp