Əzəli rəqibi "Neftçi" ilə səfər oyunundan (1:1) sonra sərbəst buraxılan “Xəzər Lənkəran” bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, istirahətini yekunlaşdıran "ağ-yaşıllar" dünən Lənkəranda toplanıb. 
Komanda saat 18:00-da stadionun ehtiyat meydançasında məşqə başlayıb. Zədəsini demək olar ki, tamamilə sağaldan Sadio Tounkara, eləcə də yeni transferlər Seydi Limamm və qapıçı Pavel Kapsa da bir saatdan çox davam edən hazırlıq prossesində iştirak ediblər. Hazırda bütün futbolçular sıradadı, heyətdə zədəli yoxdu.
Qeyd edək ki, cənublular Topaz Premyer Liqasının 6-cı turunda evdə "Zirə"ni qəbul edəcək. Bu görüş sentyabrın 27-də saat 21:00-da start götürəcək.
(12cioyuncu.info)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp