Topaz Premyer Liqasının 6-cı turu cümə günü baş tutacaq 2 oyunla start götürür. Hər iki oyun Bakıda, hər iki oyunda qonaq əyalət klubudu. Fərq ondadı ki, Bayılda qonaqlar, “İnter Arena”da meydan sahibləri favorit sayılır.
25 sentyabr
“İnter” – “Kəpəz”
19.00 “İnter Arena”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Vüsal Əliyev
 
Premyer Liqanın 2 fərqli komandasının duelində istənilən nəticə qeydə alına bilər. Turnir mövqeyinə görə “İnter” daha görünsə də, əzmkar, favoritlərə qarşı daim cəsarətli oynayan gəncəlilərin də bu matçda xl götürmək imkanı var.
 
“Ev”də büdrəməyi xoşlamayan, 6 oyundu qonaqlarına xal verməyən “bankirlər”in işinə yarayan daha bir məqam var. Belə ki, “Kəpəz” mövsümdə ilk dəfə süni örtükdə futbol oynayacaq. Bu amilin Şahin Diniyevin yetirmələrinin çıxışına təsir etməsi mümkündü.
 
Statistika da “İnter”in xeyrinədi. 5 ildi “İnter” bu rəqibinə uduzmur. Amma bu illərin çoxunda gəncəlilərin ümumiyyətlə, elitada olmadığını nəzərə alsaq, sözügedən fakt ciddi sayılmamalıdı. Bununla belə, “Kəpəz”in tarixində ən böyükhesablı məğlubiyyəti “bankirlər”in sələfindən – “Xəzər Universiteti”ndən aldığını (0:8) də ununtmamalıyıq. Bununla yanaşı, Gəncə klubunun tarixi ərzində bu rəqibini səfərdə yenə bilmədiyini də nəzərə almaq lazımdı.
 
“İnter”in baş məşqçisi Zaur Svanadze Diniyevlə ilk duelinə əla göstərici ilə gedir. Gürcü çalışdırıcı avrokuboklar da daxil olmaqla “İnter Arena”da məğlubiyyət görməyib: Avropa Liqasında 3 heç-heçə, milli çempionatda 2 qələbə. Şahin bəy isə bu mövsüm səfər qələbəsi görməyib.
 
İnter – Kəpəz: 18 oyun, +12=2-4, top fərqi – 38:18
27.02.2000    Kəpəz (Gəncə) – Xəzər Universiteti (Bakı)    4:2
10.05.2000    Xəzər Universiteti (Bakı) – Kəpəz (Gəncə)    3:1
13.08.2000    Kəpəz (Gəncə) – Xəzər Universiteti (Bakı)    7:1
08.03.2001    Xəzər Universiteti (Bakı) – Kəpəz (Gəncə)    3:0
11.11.2001    Kəpəz (Gəncə) – Xəzər Universiteti (Bakı)    2:1
17.03.2002    Xəzər Universiteti (Bakı) – Kəpəz (Gəncə)    2:0
05.07.2003    Xəzər Universiteti (Bakı) – Kəpəz (Gəncə)    8:0
09.11.2003    Kəpəz (Gəncə) – Xəzər Universiteti (Bakı)    0:1
27.11.2004    Gəncə – İnter (Bakı)    0:1
25.04.2005    İnter (Bakı) – Gəncə    2:0
12.08.2005    Gəncə – İnter (Bakı)    2:2
29.03.2006    İnter (Bakı) – Gəncə    5:0
26.09.2010    Gəncə – İnter (Bakı)    1:0
23.12.2010    İnter (Bakı) – Gəncə    1:0
24.09.2011    İnter (Bakı) – Kəpəz (Gəncə)    0:0
16.02.2012    Kəpəz (Gəncə) – İnter (Bakı)    0:1
30.10.2012    İnter (Bakı) – Kəpəz (Gəncə)    3:1
15.12.2012    Kəpəz (Gəncə) – İnter (Bakı)    0:2
 
BU MÖVSÜM…
…“İnter” öz meydanında: 2 oyun, 2 qələbə, top fərqi – 3:1
…“Kəpəz” səfərdə: 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 0:1
 
OYUNDAN NOTLAR
•    Cəza üzündən oyunu buraxan yoxdu.
•    Heç bir futbolçu cəza həddində deyil.
•    Rauf Əliyev, Laşa Kasradze və İvan Benites (hamısı “İnter”) zədə üzündən meydana çıxmayacaq.
•    Bakılıların əsas qapıçısı Səlahət Ağayev məşqlərə başlayıb və oynamaq ehtimalı böyükdü. “Kəpəz”in hücumçusu Aleksandr Sitniklə bağlı da vəziyyət eynidi.
 
HAKİM
axar.az1392034214rauf cabbarov - Futbolinfo.az
Qarşılaşmanı idarə edəcək Rauf Cabbarov cari mövsümdə 2-ci dəfə iş başında olacaq. O, bu komandaları ilk dəfə meydanda görəcək. Cabbarov ilk matçında 4 sarı və 1 qırmızı vərəqə göstərmişdi.
 “Rəvan” – “Qəbələ”
20.00 “Bayıl Arena”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Murad Məmmədov
Son turlarda inamsız təsir bağışlayan “Rəvan” üçün bu, ciddi sınaqdı. “Qəbələ”nin faktiki 2 heyəti olduğunu nəzərə alsaq, kadr çatışmazlığından əziyyət çəkən bakılılara ümumiyyətlə, şans görünmür. Hətta “ev”də oynaması da paytaxt klubu üçün üstünlük sayıla bilməz. Ancaq son 4 matçda qol vurmağı bacarması Emin Qiluyevin yetirmələri üçün müsbət amildi.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk avrokubokda “Krasnodar”la səfər oyunu öncəsi qismən zəif heyətə güvənə bilər. Amma hər oyunda qol vuran əyalət təmsilçisinə bu da mane olmamalıdı. Premyer Liqada parlaq oyun göstərə bilməyən komandanın son səfər matçında uduzması, “Kəpəz” və “Sumqayıt” kimi autsayderləri çətinliklə yenməsi “Rəvan”ı ümidləndirə bilər.
“Rəvan”ın baş məşqçisi Emin Quliyev karyerasında ilk dəfə əcnəbi məşqçi ilə üz-üzə gələcək. Bu faktor onun üçün stimul ola bilər.
Statistika isə “Qəbələ”nin aşkar favorit olduğunu göstərir. Son 5 matçda qələbəyə həsrət olan bakılılar evdə bu rəqibinə həmişə təslm olub. Maraqlıdı ki, “aslanlar” səfər oyunlarında müsbət saldoya malikdi – 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət.
30. “Rəvan” – “Qəbələ”: 8 oyun, +2=1-5, top fərqi – 8:16
30.09.2011    Qəbələ – Rəvan (Bakı)    2:3
03.03.2012    Rəvan (Bakı) – Qəbələ    0:4
24.09.2012    Qəbələ – Rəvan (Bakı)    1:3
25.11.2012    Rəvan (Bakı) – Qəbələ    1:3
20.09.2013    Qəbələ – Rəvan (Bakı)    3:0
29.11.2013    Rəvan (Bakı) – Qəbələ    0:1
23.02.2014    Qəbələ – Rəvan (Bakı)    0:0
20.04.2014    Rəvan (Bakı) – Qəbələ    1:2

 
BU MÖVSÜM…
…“Rəvan” öz meydanında: 3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 2:5
…“Qəbələ” səfərdə: 2 oyun, 1 qələbə, 1 məğlubiyyət, top fərqi – 3:2
 
OYUNDAN NOTLAR
•    Cəza üzündən Samuel Barlay (Rəvan) oyunu buraxacaq. O, 5 tura 4 sarı vərəqə alıb.
•    Heç bir futbolçu cəza həddində deyil. “Rəvan”da Yamin Ağakərimzadə cəzasını bitirərək sıraya dönüb.
•    Rafael Santos (Qəbələ) zədə üzündən meydana çıxmayacaq.
HAKİM
672303355d0c8965115e - Futbolinfo.az
Elvin Əsgərov bu mövsüm 4-cü dəfə komandaları meydana çıxaracaq. O, ilk dəfə “Rəvan”la “Qəbələ”ni meydanda görəcək. Əsgərov əvvəlki 3 oyunda ümumilikdə 11 sarı, 2 qırmızı vərəqə, 2 dəfə də penalti nöqtəsini göstərib. Maraqlıdı ki, Elvin hər iki 11 metrlik cərimə zərbəsini son turda, “Qarabağ”la oynayan “Kəpəz”in qapısına təyin edib. Bu baş hakim cari mövsümdə hələlik yeganə olan faktın da səbəbkarıdı. Belə ki, Əsgərov 3-cü turda AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu da tribunaya göndərmişdi.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp