Sentyabrın 23-dən etibarən Xorvatiyanın Dubrovnik şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakılə UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i” mövzusunda seminarı keçirilir. Futbolinfo.az xəbər verir ki,  sentyabrın 23-dən etibarən Xorvatiyanın Dubrovnik şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakılə UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i” mövzusunda seminarı keçirilir.
UEFA-nın üzvlərindən əlavə, Avropa futbol təşkilatının dəvətilə digər Konfederasiyaların nümayəndələri (FİFA, AFC, CAF, CONCACAF və OFC) də tədbirdə iştirak edirlər.
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Aynur Abdullayevanın iştirak etdiyi seminarda aşağıdakı mövzular müzakirə olunur:
• Ötən lisenziyalaşdırma mövsümünün icmalı
• UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər
• UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı
• UEFA-nın və müxtəlif federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər

 
Seminarın ilk günündə təşkilatçıların təşəbbüsü ilə 4 ölkəni təmsil edən Lisenziyalaşdırma şöbələrinin rəhbərləri lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı fikirlərini tədbirin digər nümayənədələri ilə bölüşüb və müxtəlif sualları cavablandırıblar. Xorvatiya, Kipr və İslandiyanı təmsil edən nümayəndələrlə bərabər AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da müzakirələrdə iştirak edib.
Qeyd edək ki, seminar sentyabrın 25-də başa çatacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp