Fransa Liqa 1-in 9-cu turunda keçirilən PSJ – "Marsel" (2:1) matçı Zlatan İbrahimoviç üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, isveçli hücumçu Paris klubunda yeni rekorda imza atıb.
Sözügedən oyunda dubl edən 34 yaşlı futbolçu "göy-qırmızılar"da keçirdiyi 3 mövsümdə vurduğu qolların sayını 110-a çatdırıb. Bu göstərici ilə İbrahimoviç klub tarixinin ən çox qol vuran futbolçusu olub.
Qeyd edək ki, İsveç millisinin üzvü PSJ-yə 2012-ci ilin iyulunda "Milan"dan transfer olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp