İngiltərə Premyer Liqasında uğursuz çıxış edən "Sanderlend"in baş məşqçisi Dik Advokat istefa verib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Cari mövsümdə qələbə qazana bilməyən "ağ-qırmızılar"da hollandiyalı mütəxəssislə yanaşı məşqçi Jelko Petroviçdə vəzifəsindən ayrılıb. 
Qeyd edək ki, İngiltərə çempionatında 8 oyuna 3 xal toplayan "Sanderlend" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp