Premyer Liqada çətin günlərini yaşayan “Çelsi” klubu Joze Mourinyoya dəstək verib. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytından verilən məlumatda rəhbərliyin portuqaliyalı mütəxəssisin arxasında olduğu deyilib.
 
Bəyənatda belə deyilir: “Jozenin də dediyi kimi nəticələr yaxşı deyil və komanda inkişaf etməlidi. Ancaq mövsümü lehimizə çevirəcək məşqçi və komandaya sahib olduğumuza inanırıq”.
 
Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqanın ilk 8 turundan sonra aktivində 8 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp