Avropa Çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də Sofiyada keçiriləcək Bolqarıstan – Azərbaycan matçını Tomaş Boqnarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadasına tapşırılıb. 
2009-cu ildən FİFA referisi statusunu daşıyan fit sahibi ixtisasca mühasibdi. 36 yaşlı ədalət təmsilçisi azarkeşlərmizə də tanışdı. Belə ki, o, 2014-cü ildə Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Gürcüstanda keçirilən “Çixura” – “Neftçi” qarşılaşmasını idarə edib. Boqnar sözügedən görüşdə rəqibin 3, “ağ-qaralar”ın isə 5 futbolçusuna sarı vərəqə göstərmişdi. Ernest Nforun het-trik etdiyi həmin matç təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı. 
Referi indiyədək 32 beynəlxalq oyunu idarə edib. O, həmin qarşılaşmalarda 93 sarı, 5 qırmızı vərəqə göstərib. Macarıstanlı hakim bu görüşlərdə qapılara 5 dəfə də penalti təyin edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp