Dünən Avropa Çempionatının seçmə oyunları çərçivəsində 8 qarşılaşma keçirilib. Futbolifo.az xəbər verir ki, qeydə alınan nəticələrdən sonra daha 2 milli komanda gələn il Fransada keçiriləcək turnirin final mərhələsində iştirak hüququ qazanıb. 
Belə ki, F qrupunda yer alan Şimali İrlandiya doğma divarlar arasında Yunanıstanı 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə qitə çempionatının final mərhələsinə çıxıb. Sonuncu dəfə 1986-cı ildə Meksikada keçirilən Dünya Çempionatının iştirak edən “ağ-yaşıllar” 29 ildi ki, heç bir böyük turnirdə iştirak etmirdi. 
AÇ-yə vəsiqə qazanmış digər komanda isə Portuqaliyadı. İ qrupunda yer alan prineylilər öz meydanında Danimarkanı üstələyərək, Fransaya getməyə müvəffəq olub. Bu, portuqalların final mərhələsində ümumilikdə 7-ci, ardıcıl isə 6-cı iştirakı olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp