21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İtaliya – İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Futbolinfo.az xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. 
Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, bu qarşılaşma oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp