Fransa millisi ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, yığmanın aparıcı futbolçusu Kərim Benzema sıradan çıxıb.
27 yaşlı hücumçu ötən gün keçirilən Fransa – Ermənistan (4:0) yoxlama matçında zədələnib. Dizindən xəsarət alan "Real"ın (İspaniya) üzvü oyunun 81-ci dəqiqəsində Olive Ciru ilə əvəzlənib. Onun zədəsinin ciddi olub-olmaması isə tibbi müayinədən keçdikdən sonra bəlli olacaq.
Qeyd edək ki, Benzema sözügedən qarşılaşmada 2 qol vurmaqla dubl edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp