Milli komandamızın baş məşqçisi bu dəfə də ənənəsinə sadiq qalıb. Futbolinfo.az xəbər verir ki, Robert Prosineçki İtaliya ilə oyunöncəsi keçirilən mətbuat konfransında yığmamızın start heyətini açıqlayıb. 
Ancaq xorvatiyalı mütəxəssis qeyd edib ki, dünənki məşqdə 2 futbolçumuz zədələnib və indi səsləndirdiyi heyətə əl gəzdirə bilər. Çünki həmin oyunçuların son durumu axşamkı məşqdən sonra bəlli olacaq: "Ancaq kimlərin zədələndiyini söyləməyəcəm. Çünki burda italyan jurnalistlər də iştirak edir". 
İlk "11-lik"də adət etdiyimiz isimlərlə yanaşı, start heyətində ilk dəfə meydana çıxacaq Eddi İsrafilov da yer alacaq. 
 
Komandamızın start heyətini diqqətinizə çatdırırıq: Kamran Ağayev (q.) – Arif Daşdəmirov, Maksim Medvedev, Rəşad Sadıqov (k.), Bədavi Hüseynov – Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsraflov, Əfran İsmayılov, Dmitri Nazarov – Ruslan Qurbanov
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp