Bu gün Sofiyada Azərbaycan millisi AÇ-2016-nın seçmə mərhələsinin son turunda Bolqarıstan yığmasının qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, bu matça maraq həddən artıq azdır. 
Belə ki, indiyə qədər heç 500 bilet satılmayıb. Bolqar mətbuatının yazdığına görə, indiyə qədər millinin oyununa sonuncu dəfə  belə az sayda azarkeş 2009-cu ildə Gürcüstana qarşı oyunda gəlib. Həmin matçı Bolqarıstan yığması 6:2 hesabı ilə qələbə qazanıb. 
Azərbaycana qarşı oyunda azarkeş sayının 500-dən artıq olacağı gözlənilmir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp