Topaz Premyer Liqasının 8-ci turunda keçiriləcək bütün qarşılaşmalar canlı yayımlanacaq. Futbolinfo.az xəbər verir ki, bu haqda CBC sport kanalının direktoru İlham Rüstəmov “Facebook” profilində yazıb. 
Cari mövsümdən ölkə çempionatının yayım hüququnu alan sözügedən kanal ilk dəfə olacaq ki, turun 5 matçının hamısını efirə verəcək. 
Qeyd edək ki, Topaz Premyer Liqasının növbəti turunun görüşləri 16,17 və 18 oktyabr tarixində keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp