Serbiya və Albaniya mətbuatı ortaya şok iddia atıb. Futbolinfo.az xəbər verir ki, adıçəkilən ölkələrin KİV-i Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində keçirlmiş Ermənistan  – Albaniya (0:3) matçının danışılmış olduğu deyilir. 
Mətbuatın iddiasına görə albanlar Ermənistanın 3 müdafiəçisini və qapıçısını 500 min avro qarşılığında “zərərsizləşdirib”. Şübhələrə əsas verən məqamlardan biri isə görüşün başlamasına az qalmış albanların qələbəsinə verilən əmsalın getdikcə aşağı düşməsi olub. 
Albaniyanın xal itirməsini gözləyən, amma qeydə alınan nəticədən sonra pley-off-a düşən Danimarkada da bu məsləyə biganə qalmayıblar Sözügedən ölkənin də KİV-i bu məsələni araşdırmağa başlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp