“Neftçi”nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirinə qələbə ilə başlayıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Eldəniz Məmmədovun yetirmələri beynəlxalq turnirin ilk oyununda “Umed” (Düşənbə, Tacikistan) komandasını 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 11 komandanın iştirakı ilə keçirilən yarışda “Neftçi” B qrupundakı ikinci oyununu sabah “Puls” (Yakutsk, Rusiya) klubuna qarşı keçirəcək. "Ağ-qaralar"ın qrupdakı növbəti rəqibləri “Spiru Xaret” (Kişinyov, Moldova), “Nadejda” (Krasnodar, Rusiya) və “Qudauta” (Abxaziya) olacaq. 
Qeyd dək ki, turnirə oktyabrın 18-də yekun vurulacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp