“Qəbələ”yə 0:6 hesablı məğlubiyyətdən sonra “Xəzər Lənkəran”ın psixoloji durumunu düzəltmək üçün xeyli imkanı oldu. Bizdə olan məlumata görə, hazırda növbəti turun hazırlığını davam etdirən komandanın düşərgəsində ümumi durum yaxşıdır. Təcrübəli müdafiəçi Rasim Ramaldanovun zədəsini sağaldaraq, sıraya dönməsi sevindirən məqamdır.
Hazırda zədədən əziyyət çəkən 1 oyunçu var. Bu da gənc yarımmüdafiəçi Orxan Əliyevdir Onun növbəti turda “Xəzər Lənkəran”a kömək etmək şansı azdır.
Qeyd edək ki, qıvrımsaç yarımmüdafiəçi Yunis Hüseynovun ən çox güvəndiyi futbolçulardandır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp