Dünən Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu – 10-cu tur çərçivəsində Bolqarıstanın qonağı oldu. Meydan sahiblərinin 2:0 hesabı ilə xeyrinə başa çatan matç yığmamızın FİFA-nın reytinq cədvəlində mövqeyinə təsir edəcək. 
Həm bu, həm də İtaliyadan alınan məğlubiyyətlədən sonra hazırda 328 xalı olan seçməmiz açıqlanacaq növbəti siyahıda 35 əmsal itirəcək. Belə olan təqdirdə Robert Prosineçkinin yetirmələri təxminən 10-15 pillə geriləyəcəyi şübhəsizdi. 
Siyahının zirvəsində isə Belçika yığması qərarlaşacaq. Özü də “qırmızı iblislər” buna tarixində ilk dəfə nail olacaq.
Maraq üçün bildirək ki, növbəti cədvəldə ən çox geriləyən komandalardan biri məhz Ermənistan yığması olacaq. Hazırda 91-ci pillədə olan bədnam qonşularımız 106 xal itirəcək. Onlar belə olan halda növbəti cədvəldə yığmamızdan da geri qalacaq.
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini noyabrın 5-də açıqlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp