AÇ-2016-nın son oyununda Azərbaycan millisini məğlub edən Bolqarıstan yığmasının kapitanı İvelin Popov yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, hücumçu oyun haqqında fikirlərini bölüşüb. 
Popov Azərbaycan millisi üzərindəki qələbəyə sevindiyini dilə gətirib: “Azərbaycan üzərindəki qələbəyə sevindim. Fikrimcə, lazımı qədər qol vurduq. Son 3 oyundan sonra psixoloji vəziyyətimiz ağır idi. Amma bu qələbə bizi çox sevindirdi. Belə də davam etməliyik. Beş oyundan sonra evdə 1 qələbə qazandıq. Bu, yaxşı nəticə deyil”.
Moskva “Spartak”ının forvardı azarkeşlərdən də danışıb: “Azarkeşlərimiz komandamızı sevirlər. Amma onlar qrupdan çıxmamağımızı qəbul etmədilər deyə oyuna az gəlmişdilər. İvaylo Petevin getməsi ilə nəsə dəyişməyəcək. Vəziyyəti başqa cür yoluna qoymaq lazımdır”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp