Tofiq Bəhramov adına Respublika stadionuna yeni direktor təyin olunub. Futbolinfo.az "Report"a istinadən xəbər verir ki, bu, Şamil Quliyevdir.
O, yeni vəzifədə ötən ay istefa vermiş Akif İsmayılovu əvəzləyib. Artıq yeni direktor Gənclər və İdman Nazirliyinin nümayəndəsi tərəfindən kollektivə təqdim olunub.
Qeyd edək ki, Quliyev idman sahəsində yenidir. Onun əvvəllər hüquq-mühafizə sistemində çalışdığı bildirilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp