Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Şahdağ”ı səfərdə 3-1 hesabı ilə məğlub edən “Şəmkir” 1/8 finala vəsiqə qazanıb. Futbolinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb:
Telman Cavadov (“Şahdağ”ın baş məşqçisi): “Şəmkir” komandasını təbrik edirəm. Düşünürəm ki, maraqlı oyun alındı. “Şəmkir” bizdən güclü oynadı və qələbə qazandı”.
Kamran Əlibabayev (“Şəmkir”in baş məşqçisi): “Kubok oyununa ciddi hazırlaşmışdıq. Sevinirəm ki, qələbə qazandıq. Qələbə münasibəti ilə komandamı və azarkeşləri təbrik edirəm. Növbəti oyunları düşünəcəyik”.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp