Topaz Premyer Liqasının 8-ci turunda “Zirə”ni qəbul edəcək “Qarabağ” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda gündə 1 dəfə olmaqla məşq edir. 
Heyətdə yetərincə zədəli futbolçu var. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə,Namiq Ələsgərov fərdi şəkildə məşqlərini davam etdirirsə, Reynaldo və millinin heyətində zədələnən Maksim Medvedevin hansı müddətə sıradan çıxdığı hələ məlum deyil. Onların durumuna müayinənin cavabı açıqlandıqdan sonra aydınlıq gələcək.
1 ildən çoxdu zədəli olan Çumbinyo isə artıq sağalıb. Onun meydana çıxıb-çıxmayacağı baş məşqçi Qurban Qurbanovdan asılıdı. Brazilyalı yarımmüdafiəçi bir neçə gün öncə “Qəbələ” ilə yoxlama matçında meydana çıxmışdı. 
Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçı oktyabrın 18-i, saat 18:00-da “Azərsun Arena”da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp