Bunu əvvəlcədən bəyan edim ki, Olimpiya tipli stadionlarda futbol oyunu keçirmək çox uğursuz seçimdir. Stadionla azarkeş arasında məsafə nə qədər yaxın olsa, atmosfer daha yaxşı olar.
Sözsüz, hər bir ölkədə bizim Bakı Olimpiya Stadionu kimi qurğunun olması çox yaxşıdır. Elə biz də böyük büdcəyə tikilən bu stadionu üstünlüyümüz kimi qəbul edirik. 
Amma lütfən insanlara bu qədər əzab verməyin….
Ümidvaram ki, bir daha bu arenadan digər qurğuların yükünü çiyninə götürə bilmədiyi yarışlar üçün istifadə edərik. Səbəblər isə az deyil… 
Azarkeş stadionda öz yerini tapmaq üçün ən azından yarım saat gəzir, meydança ilə azarkeş arasında çox böyük məsafə var, media sektor çox uğursuz yerdədir, futbolçuları seçmək belə çətindir… 
İtaliya ilə oyun günü yağışın yağması da bir növ imtahan idi. Arenamız damırdı. Lakin 1 nömrəli arena bütün bu imtahanlara hazır olmalıdır… 
Sözsüz, arenanın müsbət cəhətləri də var. Vahiməli, azarkeş tutumu çox olan Olimpiya stadionu istənilən yarışda bizim üstünlüyümüzdür. Amma Azərbaycanda hazırda bu arenanı sırf bilet satışı ilə doldura biləcək stimul yoxdur…
İçlərində ən yaxşı halda “Qarabağ” fərqlənə bilər. Lakin son vaxtlar Tofiq Bəhramov adına Respublika stadionunu tam doldura bilməyən Ağdam klubu da sinəsinə döyməməlidir. 
Bir sözlə, futbol olimpiya idman növü olsa da, olimpiya stadionu futbol üçün deyil!
TİMUÇİN
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp