Topaz Premyer Liqasının VII turu “İnter” üçün çox uğursuz alındı. Komanda “Qarabağ”a uduzmaqla yanaşı, həm də heyətin iki əsas oyunçusunun xidmətindən məhrum oldu. Belə ki, hakimi təhqir etdiklərinə görə Giorgi Lomaya və Zurab Xizanişvili 4 oyun cəzalandırıldılar.
Zurabın yoxluğunu hiss elətdirməmək üçün Laşa Salukvadze geri çağırılsa da, onunla hələ ki, müqavilə imzalanmayıb. Paytaxt təmsilçisinin əsas problemi isə qapı xətti ilə bağlıdır. Lomayanın cəzalı duruma düşməsindən sonra komanda hazırda oyun praktikasından əziyyət çəkən Elşən Poladovun ümidinə qalıb. 
Məsələ burasındadır ki, bakılıların əsas qapıçısı Səlahət Ağayev hələ də oynamaq iqtidarında deyil. Bu barədə saytımıza qolkiperin özü məlumat verib: “Hazırda məşqlər edirəm. Amma oynamağa tam hazır deyiləm. Yəqin ki, “Sumqayıt”la oyunu da kənardan izləyəcəyəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp