Bir neçə həftə öncə Bolqarıstan mediasında “Neftçi”nin “Levski”dən aldığı ispan hücumçu Antonio Salas Quintanın (Anyete) yenidən Sofiya klubuna dönəcəyi ilə bağlı xəbərlər yer almışdı. Futbolinfo.az xəbər verir ki, yayılan məlumatlarda bildirilirdi ki, Anyete Sofiyaya səfəri zamanı “Levski”nin prezidenti ilə görüşərək ona yenidən bura dönmək istədiyini bildirib. 
Lakin sonradan ispan futbolçu “Neftçi”nin rəsmi saytına açıqlamasında bunu təkzib etmişdi və bildirmişdi ki, o, Sofiyaya sadəcə sənədləri üçün gedib. “Levski” tərəfi isə buna münasibətini açıqlamamışdı. 
Saytmıza danışan bolqa klubunun mətbuat xidmətinin rəhbəri İvaylo Kyuçukov Anetenin həqiqətən də sənədlər üçün gəldiyini, sadəcə sabiq komanda yoldaşlarını və dostlarını görmək istədiyi üçün Sofiya təmsilçisinin bazasına baş çəkdiyini bildirib: “Bu jurnalistlərin informasiyasıdır. Həqiətən Anyete buraya gəldi və bizimlə görüşdü. O, həmçinin keçmiş komanda yoldaşlarını gördü. Başqa heç bir şey. Deyilənlər də doğru deyil”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp