UEFA-nın rəsmi saytı başa çatmış AÇ-2016-nın seçmə mərhələsi ilə bağlı statistik göstəriciləri açıqlayıb. Futbolinfo.az xəbər verir ki, siyahıdakı futboçular arasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov da var.
Təcrübəli müdafiəçi seçmə mərhələ boyunca bütün görüşləri əvəz edilmədən keçirən 21 futbolçudan biridi. O, meydana çıxdığı 10 görüşdə ümumilikdə 900 dəqiqə forma geyinib.
Qeyd edək ki, siyahıya qapıçıların adı salınmayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp