Arif Əsədovla birgə “Neftçi”dən gedən Nazim Əliyevin işsiz günləri davam edir. Azərbaycan çempionatları tarixinin ən sərrast oyunçusu olan Əliyev AFFA nümayəndəsi işləmək fikrində deyil. 
Bu barədə Futbolinfo.az saytına məşqçinin özü məlumat verib: “Neftçi”dən getdikdən sonra işsizəm. Hər hansı bir təklif, dəvət yoxdur. Gözləyirəm. AFFA nümayəndəsi vaxtilə getmişəm, indi belə bir fikrim yoxdur. Çünki mənim işim deyil.  Mənim işim meydançadadır. O vaxt müvəqqəti gedirdim”. 
Nazim Əliyev bu yaxınlarda cavanlığını yada salmaq istəsə də, bu, ona baha başa gəlib: “Bir neçə gün öncə futbol oynadım. Ayağım əzilib. Heç bir neçə gündür ki, evdən çıxa bilmirəm”.
Qeyd edək ki, Nazim Əliyev Azərbaycan milli komandasında, “Terek”, “Kəpəz”, “Rəvan” kimi klublarda köməkçi məşqçi işləyib. Onun məşqçi karyerası əsasən Şahin Diniyevlə bağlıdır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp