Sabah Topaz Premyer Liqasında 8-ci turun oyunlarına start veriləcək. Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə “Rəvan” doğma meydanda “Kəpəz”i qəbul edəcək. 
15 oktyabr 
“Rəvan” – “Kəpəz”
16:30. “Bayıl Arena”
Hakimlər: Mahir Məmmədov, Əli Cəbrayılov, Eyyub İbrahimov, Fuad Rəsulzadə 
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Şamil  Useynov
Ötən mövsümü 1-ci divizionda keçirən kubların görüşündə Gəncə təmsilçisini favorit saymaq olar. Artıq “qapazaltı” imicini qazanan paytaxt klubu isə bu gedişlə yenidən aşağı liqaya qayıdacaq. Baş məşqçi qazanılan uğursuzluqlara görə artıq Alibobo Rahmatullayev və Samel Barlayı komandadan uzaqlaşdırıb, Fərid Quliyevi isə əvəzedici heyətə göndərib. Bu görüşdə qazanılacaq 1 xal da "sarı-qırmızılar" üçün uğur sayıla bilər. Qərblilər isə qalib gəlməklə xallarının sayını 11-ə çatdırmağa çalışacaq. Bundan başqa, cari mövsümdə səfərdə qol vura bilməyən “sarı-göylər” uğursuz seriyaya son qoymağa çalışacaq. Matçı prinsipial edən məqamlardan biri isə qonaq komandanın baş məşqçisi Şahin Diniyev sabiq klubuna qarşı mübarizə aparacaq olmasıdı. Təcrübəli mütəxəssis 2013/14 mövsümündə müəyyən bir müddətdə “aslanlar”a rəhbərlik edib. Maraqlıdı ki, tərəflər indiyədək 8 dəfə üzləşsələr də, bu matçların heç birində bərabərlik qeydə alınmayıb. 
“Rəvan” – “Kəpəz” – 8 oyun, +3=0-5, top fərqi – 15:12
06.08.2011    Kəpəz (Gəncə) – Rəvan (Bakı)    3:2
04.12.2011    Rəvan (Bakı) – Kəpəz (Gəncə)    1:2
02.04.2012    Kəpəz (Gəncə) – Rəvan (Bakı)    1:0
28.04.2012    Rəvan (Bakı) – Kəpəz (Gəncə)    5:1
30.09.2012    Rəvan (Bakı) – Kəpəz (Gəncə)    1:2
16.02.2013    Kəpəz (Gəncə) – Rəvan (Bakı)    0:2
12.04.2013    Rəvan (Bakı) – Kəpəz (Gəncə)    3:0
08.05.2013    Kəpəz (Gəncə) – Rəvan (Bakı)    3:1
BU MÖVSÜM
…”Rəvan” öz meydanında: 3 oyun, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 2:7 
…“Kəpəz” səfərdə: 3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 0:2
OYUNDAN NOTLAR
•  Cəza üzündən oyunu heç kim buraxmayacaq.
•  Budaq Nəsirov (“Kəpəz”) cəza həddindədi.  
•  Zədə üzündən Kərim Diniyev ("Kəpəz") meydana çıxmayacaq.
Hakim 
- Futbolinfo.az
Qarşılaşmanı baş hakim qismində Orxan Məmmədov idarə edəcək. Referi cari mövsümdə sözügedən komandalardan yalnız “Kəpəz”in 1 matçında ədaləti qoruyub. Gəncəlilərin səfərdə “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olduğu görüşdə o, meydan sahiblərinin 2, qonaqların isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Məmmədov bu mövsüm idarə etdiyi oyunlarda futbolçulara 21 sarı, 1 qırmızı vərəqə göstərib.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp