“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna yığmasının baş məşqçisi postuna ən real namizəddi. Futbolinfo.az xəbər verir ki, artıq ukraynalı mütəxəssislə yerli Futbol Federasiyası arasında danışıqlara start verilib.
Bu barədə Ukrayanın "sportanalytic" saytı məlumat yayıb. Federasiyadakı mənbələrinə söykənən ukraynalı həmkarlarımız, “Qəbələ”nin hazırkı çalışdırıcısının yaxın vaxtlarda millilərinin “sükanı arxası”na keçmək ehtimalının yüksək olduğunu bildirib: “Milli Avropa Çempionatının pley-off mərhələsində uğursuzluğa düçar olsa, hazırkı baş məşqçi Mixail Fomenko istefaya göndəriləcək və “Qəbələ”nin hazırkı çalışdırıcısı bu posta sahib çıxacaq. Yığma AÇ-nin finallarına vəsiqə əldə edəcəyi təqdirdə isə, Qriqorçukun təyinatı qitə çempionunun adı məlum olduqdan sonra rəsmiləşəcək”.
Bununla yanaşı, ukraynalı həmkarlarımız yerli Federasiyanın B variantının da olduğunu bildiriblər: “Hansısa səbəbə görə Qriqorçukla anlaşma baş tutmasa, yığma Andrey Şevçenkoya həvalə ediləcək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp