“Qarabağ"da zədəli futbolçuların sırası günü-gündən genişlənir. Futbolinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Dani Kintana da sıradan çıxıb.
 
Əldə etdiyimiz məlumata görə, legioner oktyabrın 11-də “Qəbələ” ilə keçirilən yoxlama görüşündə xəsarət alıb. Tibbi müayinədən sonra futbolçunun əzələsinin dartıldığı bəlli olub. Bu səbəbdən 29 yaşlı oyunçu Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində sabah “Zirə”yə qarşı keçiriləcək matçı buraxacaq.
Bundan başqa, Kintananın oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Monako” ilə səfər matçında iştirakı da sual altındadı.
Qeyd edək ki, Ağdam təmsilçisində Maksim Medvedev, Reynaldo, Mahir Mədətov, Əlhərbi Əl-Jədaui, Cavid Tağıyev, Coşqun Diniyev və Namiq Ələsgərov da zədədən əziyyət çəkir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp