Sabah Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək “Neftçi” bu matça hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu qarşılaşmaya klubun bazasında itkilərlər hazırlaşır. 
Belə ki, “ağ-qaralar”ın kapitanı Araz Abdullayevin zədə səbəbindən bu görüşü buraxacağı dəqiqdi. Bundan başqa, zədəli olan ispaniyalı hücumçu Antonio Salas Quintanın (Anyete) əyalət təsmilçisi ilə iştirakı isə sual altındadı. Son turda “Zirə” ilə görüşdə rəqibini vurduğuna görə meydandan qovulan Fəhmin Muradbəyli isə cəza səbəbindən komandasına kömək edə bilməyəcək. 
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı sabah saat 15:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp