“Hazırda Bolqarıstanın “Çerno More Varna” klubunda çıxış edirəm. Burada vəziyyət yaxşıdı. Maliyyə durumu da yaxşıdır. Hər şey vaxtında olur”. Bu sözləri Futbolinfo.az saytına açıqlamasında “Rəvan”ın sabiq oyunçusu Xuan Manuel Varea deyib. 
Bakı klubunun ən uğurlu legionerlərindən olan və qolları ilə komandaya qələbələr qazandırmış argentinalı futbolçu bildirib ki, Azərbaycanı unutmayıb: 
“Bakı çox gözəl şəhərdir. Mən bu şəhəri çox sevirəm. Azərbaycan futbolunu isə mütəmadi olaraq, izləyirəm. Bilirəm ki, “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrupunda oynayır. “Rəvan”la da maraqlanıram. Komandada hələ də dostlarım oynayır”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp