Xeyli müddətdi zədədən əziyyət çəkən "Qarabağ"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələsgərovun futbolinfo.az saytına müsahibəsi:
– Artıq komanda ilə bir yerdə məşqlərə başlamışam. 1 həftəyə tam hazır olaram. Nə vaxt meydana çıxmağım isə baş məşqçidən  asılıdı. Düzdü, gərək mən də formaya düşə bilim. Təxminən, 1-2 həftəyə meydana çıxa bilərəm. 
– Komandanın heyəti çox genişdi. Uzun müddət oynamadıqdan sonra heyətə düşmək sənin üçün nə dərəcədə çətin olacaq? 
– Əlbəttə, çox çətin olacaq. Çünki komandada yeni futbolçular cəlb olunub. Çıxış etdiyim mövqedə yaxşı futbolçular var. Çalışacam ki, əsas heyətə düşüm. 
– Ümumiyyətlə, necə düşünürsən, "Qarabağ"ın cari mövsümdə ki çıxışını uğurlu saymaq olarmı? 
– Məncə, hər şey qaydasındadı. Turnir cədvəlində ilk pillədəyik. Avrokuboklarda qrup mərhələsinə yüksəlmişik, "Anderlext"i  məğlub etmişik. Bundan artıq nə etmək olar?  Komandada zədəli futbolçuların çoxluğu bizə çətinlik yarada bilər. Amma onların da yerini doldura biləcək futbolçularımız çoxdu. 
– Son vaxtlar "Qarabağ"da zədəli futbolçuların sayı çoxalıb. Səncə, bunun səbəbi nədi? 
– Zədə hamının başına gələ biləcək hadisədi. Məncə, bunu xüsusi olaraq, nəyəsə bağlamaq düzgün deyil. 
– Artlq 2 ildi komandadasan. Səncə, Avropa Liqasında bu, yoxsa ötən mövsüm sizin üçün çətin idi? 
– Keçən il də çətin qrupa düşmüşdük. Zəif komanda kimi görünən "Dnepr"in finala qədər irəliləməsi buna sübutdu. Amma fikrinmcə , bu il daha çətin qrupa düşmüşük. Buna baxmayaraq, inanıram ki, qrupdan çıxa biləcək gücdəyik.
– Milli komandamız son 2 qarşılaşmada məğlub oldu. Bu barədə fikirlərin maraqlı olardı…
– Prosineçki yeni gələndə komanda daha yaxşı oynayırdı. Düzdü, son 2 matçdakı rəqiblər də güclü idi. Fikrimcə, İtaliyaya məğlubiyyəti faciəyə çevirmək lazım deyil. Onların gücü hamıya məlumdu. Bolqarıstanla matçda uğurlu nəticəyə ümid etmək olardı. Amma alınmadı. Düzdü, onlar da zəif rəqib deyil. Nə etmək olar?
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp